İtaliyada fil sirkdən qaçaraq supermarketə gedib - VİDEO

İtaliyanın cənubunda magistral yoldan keçən avtomobillərdə insanlar sirkdən qaçan iri fil görüblər.
Sfera.az bildirir ki, Kalabriya əyalətində hadisə şahidləri nəhəng heyvanın avtomobil yolu ilə supermarketə doğru getdiyini lentə alıblar. Yayımlanan kadrlarda filin sıx bir yol ilə Eurospin supermarketinə doğru getdiyini deyən video müəllifinin sözlərini eşidə bilərsiniz.
Yerli media sirkdən qaçan filin daha sonra geri qaytarıldığını da bildirib.
Bu hadisə Twitter istifadəçilərini heyrətləndirib.
Qeyd edək ki, ötən həftə daha bir oxşar hadisə baş verib. Berlində 220-dən çox silahlı polis əməkdaşı və iki helikopter dişi aslanı axtarsa da, sonradan bunun çöl donuzu olduğu üzə çıxıb və axtarış dayandırılıb. Müşahidə kameralarının görüntülərini araşdıran səlahiyyətlilər yerli sakinlərin ciddi təhlükə altında olmadığı qənaətinə gəliblər.
Aynil
Sfera.az