Surət Hüseynov VƏFAT ETDİ
20:03 / 31.07.2023
6592
Türkiyənin “Medipol Mega” xəstəxanasında koma vəziyyətində olan Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Demokrat.az-a “Medipol Mega” xəstəxanasından məlumat verilib.
Məlumata görə, Surət Hüseynov 15 dəqiqə öncə dünyasını dəyişib. Həkimlər onu komadan ayılda bilməyib.
Xatırladaq ki, Sürət Hüseynov bu gün günorta saatlarında Türkiyənin Arnavutköy dövlət xəstəxanasından “Medipol Mega” xəstəxanasına köçürülmüşdü.
Allah rəhmət etsin!