Tanınmış şərhçiyə AFFA-da yüksək vəzifə verildi

Tanınmış şərhçiyə AFFA-da yüksək vəzifə verildi

AFFA-ya yeni mətbuat katibi təyin olunub.

 

Milli assosiasiyadan Sfera.az-a verilən məlumata görə, bu vəzifədə Elnur Məmmədli çalışacaq.

 

Tanınmış telejurnalist bundan əvvəl “Futbol+”, "ANS", "AzTV" və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.

 

Qeyd edək ki, Elnur Məmmədli bu vəzifədə "Səbail"ə keçən Firuz Abdullanı əvəzləyib.


OXŞAR XƏBƏRLƏR