İsti havalar can almaqda davam edir - 17 ölü

İsti havalar can almaqda davam edir - 17 ölü

Daha bir ölkənin isti havalardan əziyyət çəkdiyi bəlli olub.

 

Sfera.az bildirir ki, Cənubi Koreyada həftə sonu bu səbəbdən 17 nəfər ölüb, 73 nəfər isə günvurma şikayəti ilə xəstəxanalara müraciət edib. Ən çox itkinin 7 nəfərlə Şimali Gyeongsang əyalətində qeydə alındığı bildirilib.

 

Koreya Meteorologiya İdarəsi isti hava dalğasının təsirinin davam edəcəyini açıqlayıb. Həmçinin qeyd olunub ki, ölkə daxilində temperatur 35 dərəcəni keçəcək.

 

Türkan


OXŞAR XƏBƏRLƏR