“Ermənistanın bu təxribatları da iflasa uğrayacaq” - Deputat

“Ermənistanın bu təxribatları da iflasa uğrayacaq” - Deputat

Son vaxtlar Ermənistanın Laçın nəzarət-buraxılış məntəqəsi boyunca təxribatlar törətməsi fonunda baş verənlərin dünyaya təhrif olunmuş formada təqdim edilməsini müşahidə edirik. Belə ki, erməni tərəfi müxtəlif tribunalarda mənzərəni fərqli təqdim edərək Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır.

 

Maraqlıdır, bu təbliğatın nəticəsi necə ola bilər? Bunun qarşısını almaq üçün Azərbaycan tərəfi hansı addımlar atmalıdır ?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Cavid Osmanov Ermənistan və havadarlarının təzyiq vasitəsi kimi Laçın ətrafında şou hazırladığını deyib:

 

“Azərbaycan Laçında nəzarət-keçid məntəqəsi quraşdırdıqdan sonra dəfələrlə Ermənistan tərəfindən təxribatlar törədilib. Bundan əvvəlki dövrdə separatçılar bu ərazidən silah-sursat daşıyırdılar. Eyni zamanda, onlar bütün dünyaya bəyan edirlər ki, burada yaşayan ermənilər blokada şəraitindədirlər, humanitar fəlakət  var və s. Bütün bunlar dünya ictimaiyyətini çaşdırmaq niyyəti daşıyır. Ermənistanın havadarları da istəyirlər ki, bununla Azərbaycana təzyiq göstərsinlər. Lakin Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində prosesdurlar həyata keçirir. Azərbaycan ərazisində Azərbaycan qanunları işləyir və bu qanunlar çərçivəsində Laçında nəzarət-buraxılış məntəqəsi quraşıdırılıb.”

 

Millət vəkili ermənilərin bu təxribatlarının nəticəsiz qalacağını qeyd edib:

 

“Azərbaycan dövlətinin həmin hissədən keçən sadə ermənilərlə heç bir işi yoxdur. Həmin hissədə heç bir humanitar fəlakətdən, blokadadan söhbət gedə bilməz. Əlavə olaraq, buraya Ağdam istiqamətindən ərzaq və digər məhsulların daşınması üçün alternativ yol da təklif olunub. Əlbəttə ki, Ermənistanın son oyunları, burada avtomobil karvanının düzülüşü, Qərb dairələrinin nümayəndələrinin həmin istiqamətə toplaşıb müşahidə aparması şoudan başqa bir şey deyil. Hər kəs bilməlidir ki, bu ərazi Azərbaycan torpağıdır və Azərbaycan ərazisində yalnız Azərbaycan qanunları işləyir. Ermənistanın bu təxribatları da bundan əvvəlkilər kimi iflasa uğrayacaq.”

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...