Ermənistan Azərbaycana 1 trilyon dollar ziyan vurub – “Əvəzini torpaqla ödəsin”

Ermənistan Azərbaycana 1 trilyon dollar ziyan vurub – “Əvəzini torpaqla ödəsin”

"Yerli və xarici mənbələrdə olan datalar əsasında apardığım hesablamalarıma görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon dolları ( + 100 milyard dollar) keçib".

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. Mütəxəssis Azərbaycanın bu təzminatı Ermənistanla bərabər, bəzi ölkələrdən tələb etməli olduğunu deyib:

 

"Azərbaycan vaxt itirmədən beynəlxalq təcrübəyə əsasən bu təzminatın ödənilməsini tələb etməlidir. Həm də təkcə Ermənistandan deyil, ona havadarlıq edənlərdən təzminat tələb etməlidir. Əgər bu dövləti və milləti (millət demək olarsa) belə çox sevirlərsə, onda vurduğu zərərə də sahib çıxmalıdırlar. Çünki bir it kiməsə zərər vuranda, zərəri itin sahibi ödəyir. Əgər zərəri ödəməyə imkan yoxdursa, əvəzini torpaqla ödəsinlər. Rusiya pula görə Alyaskanı Amerikaya satdığı kimi. Situasiya fərqli olsa da, ölkənin ölkəyə torpaqsatma təcrübəsi mövcuddur. Arazdan şimala doğru hissəni versinlər, Azərbaycana. Həm də Erməninstanda olan torpaq qiymətinə yox,  Parisdə olan qiymətlərlə də sata bilərlər. Çünki 1 trilyon dollara 10 Ermənistan almaq olar."

 

Ekspert prosesin beynəlxalq səviyyədə başlamalı olduğunu qeyd edib:

 

"Yazdıqlarım qeyri-mümkün görünə bilər. Amma Azərbaycan bütün istiqamətlərdə hücum diplomatiyasını tətbiq etməlidir. Təbii ki, Ermənistanın nə o qədər pulu yoxdu, nə yiyəsi. Amma proses beynəlxalq səviyyədə başlanılmalı və bütün mümkün təzyiqlər işə salınmalıdır ki, Ermənistan Azərbaycanın bu günki sülh şərtlərinə "şükür" desin."

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mən...

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...