Azərbaycanlı aktyorun halı qəfil pisləşdi, XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Maqazin
13:39 / 31.07.2023
5243
Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, qəfildən halı pisləşən sənətçi əməliyyat olunub. Bu haqda onun dostları məlumat yayıb.
Bildirilib ki, hazırda xəstəxanada olan Elcanın vəziyyəti yaxşıdır.
Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.