Süleyman Qasımova yüksək VƏZİFƏ VERİLDİ 

Süleyman Qasımova yüksək VƏZİFƏ VERİLDİ 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov, SOCAR prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.

 

Sfera.az xəbər verir ki, Süleyman Qasımov, həmçinin "Petkim"in İdarə Heyətinin sədri, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü olaraq fəaliyyətini davam etdirəcək. 

 

Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb. 
Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində edilən dəyişikliyə əsasən, Süleyman Qasımov “Petkim” İdarə Heyətinə rəhbərlik edir. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edir. 

 

 Süleyman Qasımov İqtisad elmləri doktoru, professordur, 2 elmi əsər, 40-dan çox elmi məqalənin müəllifidir. 

 

Azərbaycan Prezidentinin sərəncamı ilə 2006-cı ildə "Tərəqqi" medalı, 2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Habelə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə görə, Azərbaycan Respublikası Prezidentinin əmri ilə, II dərəcəli “Əmək ordeni” ilə təltif edilib.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...