“Moskva hazırkı fasilədən yeni zərbələr üçün istifadə edə bilər” - Ekspert

“Moskva hazırkı fasilədən yeni zərbələr üçün istifadə edə bilər” - Ekspert

Ukrayna Moskvanın uzunmüddətli fasilədən zərbə endirmək üçün istifadə edəcəyindən ehtiyatlanaraq Rusiya ilə sülh danışıqlarından yayınır.

 

Sfera.az xəbər verir ki, bu barədə İsveç Beynəlxalq Münasibətlər İnstitutunun nəzdində yerləşən Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin politoloqu və analitiki Andreas Umland ABŞ-nin “Politico” qəzetinə verdiyi müsahibədə bildirib.

 

“Strateji mülahizələr Kiyevdə Moskvaya inamsızlıq yaradır. Moskva sadəcə olaraq, fasilədən öz ordusunu, iqtisadiyyatını və əhalisini gələcəkdə yeni hücuma hazırlamaq üçün istifadə edə bilər”, - ekspert yazır.

 

Umlandın fikrincə, “Rusiya dövlətinin imperiya ənənələri o qədər güclüdür ki, Moskva ilə Kiyev arasında yalnız “Rusiyanın aşkar və sarsıdıcı məğlubiyyətindən” sonra danışıqlara söykənən razılaşma əldə oluna bilər.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Moskva Ukraynanın genişmiqyaslı hücum əməliyyatı aparması səbəbindən atəşkəslə bağlı təklif olunan Afrika sülh təşəbbüsünün bəndini yerinə yetirə bilməz.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...