Meyxanaçı Ağamirzə: "Bir hadisədir olub, Rəşad yaxşı insandır..."

Meyxanaçı Ağamirzə:

“İstərdim ki, işi yüngül olsun. Çünki Rəşad çox yaxşı insandır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında meyxanaçı Ağamirzə həmkarı Rəşad Dağlının 9 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarına münasibət bildirərkən deyib.

 

O, məhkəmədən yenicə xəbər tutduğunu söyləyib:

 

“Vallah, nə deyim? Damağımdan yüngül əməliyyat olunmuşam, məhkəməyə getməmişdim. Yuxudan indi durmuşam. Heç xəbərim yox idi. Allah köməyi olsun. 

 

İstərdim ki, işi yüngül olsun. Çünki Rəşad çox yaxşı insandır, ağıllı, tərbiyəli biridir. Həmişə onu səbirli, təmkinli görmüşük. Bir hadisədir olub. Mən ölən tərəflə də maraqlanmışam, onlar da pis adam deyillər. Nəsə şeytan olub ortalıqda, şeytan azdırıb. Körpə balaları var. Vallah, mənim də ürəyim ağrıyır”.

 

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.
 


OXŞAR XƏBƏRLƏR

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mən...

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...