Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlayır

Dünya
23:46 / 30.07.2023
4576
Gələn həftə Ukrayna təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı ABŞ-la danışıqlara başlayacaq.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.
"Ukrayna üçün təhlükəsizlik təminatları indiki mərhələdə qalib gəlmək və gələcəkdə Rusiya təcavüzünün qarşısını almaq qabiliyyətini təmin edəcək konkret və uzunmüddətli öhdəliklər olacaq", - Yermak deyib.
O qeyd edib ki, danışıqlarda açıq şəkildə təsvir edilmiş formatlar və dəstək mexanizmləri olacaq.