Fransanın Nigerdəki səfirliyi qarşısında etiraz aksiyası keçirildi

Dünya
21:52 / 30.07.2023
5553
Nigerdə minlərlə insan Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qarşı aksiyada iştirak edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər Fransanın Nigerdəki səfirliyi qarşısında toplaşıb.Etirazçılar Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi əleyhinə şüarlar səsləndiriblər.
Onlardan bəziləri Rusiya bayraqlarını da dalğalandırıb.
Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb.