Ermənistanın Rusiyadakı keçmiş səfiri İrəvanda HƏBS EDİLDİ

Dünya
20:11 / 30.07.2023
5323
Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyan İrəvanda həbs edilib.
Sfera.az xəbər verir ki, o, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Bundan əvvəl eyni iş üzrə diplomatın oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da həbs edilib.
Baş Prokurorluq onları Yerevanda torpaq sahəsi ilə bağlı sövdələşmə zamanı sui-istifadə etməkdə şübhəli bilir. Müstəntiqlərin fikrincə, bu, 2,5 milyon dollar ziyanla nəticələnib.
Smbatyanlar iki ay həbsdə qalacaqlar.