"Mitsubishi" yük maşını ilə toqquşub, yaralılar var

Hadisə
12:49 / 30.07.2023
3036
Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" markalı avtomobillə yük maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.