Türkiyədə sərnişin avtobusu dərədən aşdı - 7 ölü, 22 yaralı

Dünya
12:24 / 30.07.2023
2597
Türkiyənin Qars bölgəsində 50 metr hündürlükdən aşan sərnişin avtobus ölənlərin sayı açıqlanıb.
Sfera.az TRT Haberə-ə istinadən xəbər verir ki, ilkin məlumata görə 7 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.
Vəziyyəti ağır olan yaralı magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.