“Qarabağ”lı Marko Veşoviç 9 oyunda meydana çıxmayacaq

“Qarabağ”lı Marko Veşoviç 9 oyunda meydana çıxmayacaq

“Qarabağ”ın zədəli futbolçusu Marko Veşoviçin son durumu müəyyənləşib. 

 

Sfera.az xəbər verir ki, tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

 

Həkimlərin tövsiyəsinə əsasən, Veşoviç avqustda keçiriləcək oyunlarda iştirak etməməlidir. Monteneqrolu oyunçu Azərbaycan Premyer Liqasında qarşıdakı 4, “Rakov”la matçlar da daxil olmaqla, avqust ayında avrokuboklardakı 5 matçı buraxmalı olacaq.

 

“Qarabağ”ın “Rakov”la oyunda zədələnən müdafiəçisi Elvin Cəfərquliyevin durumu isə ciddi deyil və o, cavab matçında meydana çıxa bilər.

 

Marko Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakov”la ilk oyundan (2:3) əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...