İran rejimi Azərbaycan vətəndaşını həbsdən AZAD ETDİ - VİDEO

İran rejimi Azərbaycan vətəndaşını həbsdən AZAD ETDİ - VİDEO

Uzun müddətdir qondarma ittihamlarla İranda həbsdə saxlanan Azərbaycan vətəndaşı Validə Yusifova axır ki, iyulun 27-də azad edilib. İki ildən artıq günahsız yerə Tehrandakı qorxunc “Evin” zindanında saxlanan və heç bir dəlil-sübut olmadan ağır ittihamlarla mühakimə olunan Validə Yusofova İran İslam İnqilabının Keşikçiləri Korpusuna, yəni Sepaha bağlı “Təsnim” informasiya agentliyinin yazdığına görə, guya “humanist prinsiplər əsasında və İranın şimal qonşusu ilə münasibətlərdə xoş niyyətinin əlaməti olaraq” Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.

 

Sfera.az xəbər verir ki, Validə Yusifovanın İranda həbs edilməsi faktı yalnız son dövrdə – ötən ayın əvvəllərindən etibarən mediada işıqlandırılmağa başlayıb və geniş ictimaiyyətə məlum olub.

 

İyunun 5-də İran rejiminə müxalif “Iran İnternational” televiziya kanalı özəl mənbələrinə istinadla Validə Yusifovanın “qeyri-müəyyən vəziyyəti” barədə məlumat yayıb. Məlumatda bildirilirdi ki, 31 yaşlı subay xanım olan Validə Yusifova 2021-ci ilin yanvarında İranın şimalında – Ərdəbil əyalətinin Dəşti-Muğan bölgəsində saxlanılıb və üç gündən sonra əvvəlcə Ərdəbilə, ordan da Təbrizə köçürülüb. Üç ay müddətində o, Təbrizdə təkadamlıq kamerada saxlanıb və sorğu-sual edilib.

 

Daha sonra onu Tehrana – “Evin” zindanının Sepahın Kəşfiyyat Təşkilatının ixtiyarında olan korpusuna köçürüblər. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində bədnam şöhrət qazanmış hakim Əbülqasım Salavati ona qarşı casusluq və narkotik maddə qaçaqmalçılığı ittihamı irəli sürüb. Məlumatda vurğulanan ən dəhşətli məqamlardan biri Validə Yusifovanı nəzarətdə saxlamaq və idarə edə bilmək üçün ona psixotrop preparatların verilməsi olub.

 

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...