Keçmiş erməni səfir oğlu ilə birlikdə SAXLANILDI

Keçmiş erməni səfir oğlu ilə birlikdə SAXLANILDI

Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun keçmiş direktoru Armen Smbatyan və onun oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan dələduzluqda ittiham olunaraq saxlanılıb.

 

Sfera.az xəbər verir ki, prokurorun qərarı ilə onlarla birlikdə adı məlum olmayan iş adamı barəsində cinayət işi başlanıb.

 

Onların hamısı xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar.

 

Smbatyanlara qarşı Ermənistanın paytaxtında torpaq sahəsi ilə bağlı sövdələşmədə sui-istifadə işi çərçivəsində ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, tədbirlər nəticəsində dövlətə 2,5 milyon dollar ziyan dəyib.

 

Smbatyan uzun müddət - 2002-2010-cu illərdə Ermənistanın Rusiya Federasiyasındakı səfiri olub. Diplomatik karyerası 2018-2021-ci illərdə respublikanın İsraildəki səfiri kimi davam etdirilib. 2010-2014-cü illərdə Smbatyan MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna rəhbərlik edib.

 

Keçmiş səfir daha əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadədə şərik olmaqda ittiham olunub. Yerli media keçmiş tanınmış diplomata qarşı 20 milyon dram (38,2 min dollar) girov tətbiq edildiyini bildirib. (Publika.az)


OXŞAR XƏBƏRLƏR

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...