Bir sıra ərazilərdə güclü küləyin fəsadlarının qarşısı alındı - VİDEO

Bir sıra ərazilərdə güclü küləyin fəsadlarının qarşısı alındı - VİDEO

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə edilən güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib.

 

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında güclü külək səbəbindən Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən kondisionerin qoparaq asılı vəziyyətdə qalan mühərrik hissəsi və Səbail rayonu, Neftçilər prospektində dördmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi dərhal əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri tərəfindən müvafiq qaydada götürülərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.

 

Bundan başqa, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində aşaraq vətəndaşların sərbəst hərəkətinə maneə yaradan ağac əraziyə cəlb edilən XRXX-nin xilasediciləri tərəfindən ərazidən götürülərək vətəndaşların sərbəst hərəkəti təmin edilib.

 

Eyni zamanda, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində beşmərtəbəli yaşayış binasının damından asılı vəziyyətdə qalan yağış sularının axıdılması üçün nəzərdə tutulan təqribən 4 metr uzunluğunda olan dəmir boru xüsusi vasitələrlə kəsilərək götürülüb və sakinlərin təhlükəsizliyi təmin edilib.


OXŞAR XƏBƏRLƏR

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Naxçıvanda əhalinin sayı açıqlandı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Bu barədə Sfera.az-a Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.   ...

MİQ imtahanına yekun vuruldu - İlk nəticələr

3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd dəvət edilib. Ümumilikdə test imtaha...

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb. &...

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...