"Rusiya Ukrayna ilə bağlı 30-a yaxın sülh təşəbbüsü alıb" - Zaxarova

Rusiya müxtəlif kanallar vasitəsilə Ukraynadakı vəziyyəti həll etmək üçün 30-a yaxın sülh təşəbbüsü alıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb:
“Hər kəsə minnətdarıq. Belə təşəbbüslər çox olub. Mənə elə gəlir ki, bir ay əvvəl artıq 30-a yaxını dövlət xətti ilə, hətta hansısa şəxsi yolla, ictimai xadimlər tərəfindən belə təşəbbüslər hazırlanmışdır”.
Diplomat vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etməyib.
İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların yalnız ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çatması şərti ilə mümkün olduğunu deyib. Onun sözlərinə görə, söhbət 1991-ci ilin sərhədlərindən, o cümlədən təkcə ölkənin cənub-şərqindən deyil, həm də Krımdan gedir.
Əzizə