Ukrayna rəsmisindən BƏYANAT: "Krıma...."

Dünya
13:53 / 29.07.2023
4746
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna qoşunlarının tezliklə Krıma girəcəyini yenidən bəyan edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Budanov konkret tarix göstərməyib, bir sözlə cavab verib: “tezliklə”.
O, Belarus təhlükəsini qeyri-real adlandırıb və əmin edib ki, “Vaqner”in orada yerləşdirilməsi Ukraynanın müdafiə qüvvələrini qorxutmayıb.
Xatırladaq ki, aprel ayında Ukrayna kəşfiyyatının rəhbəri Ukrayna qoşunlarının yazın sonuna kimi Krıma daxil olacağını bildirmişdi.
Əzizə