Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi “Su-25 ML” hücum təyyarələri “Laçın” adlanacaq

Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi “Su-25 ML” hücum təyyarələri “Laçın” adlanacaq

Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi “Su-25 ML” hücum təyyarələri “Laçın” adlanacaq.

 

Sfera.az bildirir ki, bu barədə iyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verilib.

 

General-polkovnik İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin “Su-25 ML” (modernizə edilmiş “Laçın”) atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.


Qeyd edək ki, iyulun 26-da Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında “Su-25” modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib. “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak ediblər. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə bağlı Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, Fərma...

May ayında 11 gün İŞ OLMAYACAQ

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.   Sfera.az xəbər veri...

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər...

Mayora hücum edən idmançıların həbsi uzandı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidə...

“Trendyol” dəyəri yüksək olan sifarişləri pulsuz çatdıracaq - Məbləğ açıqlandı

Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv...

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.   DİM-dən...