Suriya vətəndaşları İstanbuldan göndərilir - Qərar qəbul olundu

Suriya vətəndaşları İstanbuldan göndərilir - Qərar qəbul olundu

İstanbuldakı suriyalıların qeydiyyatda olduqları vilayətlərə qaytarılması ilə bağlı qərar qəbul edilib.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Valiliyi müvəqqəti qoruma altında olan Suriya vətəndaşlarına geri qayıtmaq üçün 24 sentyabr 2023-cü ilə qədər vaxt verib.

 

Qeyd edilib ki, qayıdacaq olan şəxslərə qeydiyyatda olduqları əyalətlərə qayıtmaq üçün yol icazəsi veriləcək.

 

Bildirilib ki, 6 fevral zəlzələsindən zərər çəkmiş vilayətlərdən gələn və daha əvvəl yol icazəsi almış Suriya vətəndaşı əcnəbilər də ikinci geri dönüş elanına qədər burada qala biləcəklər.


İnci


OXŞAR XƏBƏRLƏR