Dözülməz istilərdə ayı balası ilə yaşayış evinin hovuzuna girdi - VİDEO

Dözülməz istilərdə ayı balası ilə yaşayış evinin hovuzuna girdi - VİDEO

Amerikalılar son illərin ən pis isti dalğalarından biri zamanı yüksək temperaturla mübarizə yollarını axtarırlar. Kaliforniyada lentə alınan görüntülərdə, heyvanlar da eyni şeyi etməyə çalışırlar.
 

Sfera.az bildirir ki, Kaliforniyanın cənubunda bir ev sahibi öz hovuzunda ayı və balanın üzdüyünü videoya çəkib.


Kaliforniyada ayılar evin ərazisinə girərək, sərinləmək qərarına gəliblər.


Evin sahibi hovuzunda sərinlənən vəhşi heyvanların videosunu çəkib.


Bu hadisə ötən çərşənbə günü, iyulun 26-da havanın temperaturunun təxminən 33 dərəcə Selsiyə çatdığı vaxt baş verib.


Kadrlarda açıq hovuzda qəhvəyi ayıların sıçraması görünür.
 

Meteoroloqların məlumatına görə, ABŞ-ın Orta Qərb, Şimal-Şərq və cənub bölgələrindəki ştatlarda istilər təxminən bir həftə davam edəcək.
 

Videoda ayılar hovuzun kənarında oynayır, daha sonra isə ayı suya düşür və su sıçrayır.
 

Ayılar suda qısa müddət oynayır, sonra ayı balası kafelə çıxır. Video tezliklə viral olub və izlənmə rekordu qırıb.
Yüksək istilər və insanların açıq havada daha çox vaxt keçirməsi səbəbindən Kaliforniyada oxşar səhnələrin görülmə ehtimalının artdığı bildirilir.


Milli Park Xidməti ayılarla məsafə saxlamağı, heyvanı qorxuda biləcək qəfil hərəkətlərdən çəkinməyi tövsiyə edir.
 

Qeyd edək ki, ayı hücumları nisbətən nadirdir. Əksəriyyəti yalnız təhlükə hiss etdikdə, balalarını və ya yeməklərini qorumaq üçün aqressiya nümayiş etdirir.

 

Aynur

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...