Şəfiqə Məmmədovaya ağır itki

Şəfiqə Məmmədovaya ağır itki

Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor-aktyor Məmməd Haşım oğlu Məmmədov Rusiyanın Moskva şəhərində vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

 

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş Vulkana doğru (film, 1977), Anın quruluşu (film, 1980), Bağlı qapı (film, 1981), Üzeyir ömrü (film, 1981), Gümüşü furqon (film, 1982), Asif, Vasif, Ağasif (film, 1983), Burulğan (film, 1986), Təxribat (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.

 

O, Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın qardaşıdır.

 

Allah rəhmət eləsin.


OXŞAR XƏBƏRLƏR