“Yaxşı olardı ki, Kennedinin qatilini tapasız"- Zaxarova Qərb kəşfiyyat xidmətlərinə məsləhət verdi

“Yaxşı olardı ki, Kennedinin qatilini tapasız

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Rusiya Federasiyasında baş verən hadisələrlə həddindən artıq maraqlandığı iddia edilən Qərb hökumətlərinə mühazirə oxumağa başlayıb. Diplomat onlara ölkəsinin gördüyü işlərə qarışmamağı tövsiyyə edib. Zaxarovanın Rusiya-Afrika sammitindən sonra çıxışı TASS agentliyi tərəfindən yayımlanıb.
 

Sfera.az xəbər verir ki, Zaxarovanın fikrincə, Qərb demokratiyaları Rusiyanın etdiklərinə göz yummalı və öz işlərinə baxmalıdırlar.
Zaxarova etiraf edib ki, Qərbin nəhəng kəşfiyyat və xüsusi xidmətlər sistemi, inkişaf etmiş jurnalistika, ən yüksək səviyyəli demokratiyası var. Bununla belə, onların Rusiyada baş verən hadisələrə həddən artıq dərindən girdiklərini tənqid etmək qərarına gəlib.
 

Diplomatın xoşuna gəlmir ki, ruslara daim problem var deyirlər. Buna görə də Zaxarova amerikalılara "kömək edib" və onlara Kennedinin qatilini axtarmağı məsləhət verib:
 

“50 ildir deyə bilmirlər ki, prezident Kennedini kimin öldürüb. Həm də heç kim bu barədə danışmır. Amma bizim başımıza gələnləri deyirlər".


Zaxarovanın çıxış etdiyi mətbuat konfransı Rusiya Federasiyası ilə Afrika arasında münasibətlərə həsr olunub. Zaxarova buna baxmayaraq, Kremlin mövqeyi barədə məlumat verməyə vaxt tapıb. O qeyd edib ki, birincisi Afrika Rusiyanı dəstəklədiyinə görə guya hədələnir. Onun sözlərinə görə, Afrika ölkələri Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq edərək "şantaj edilib". İkincisi, diplomat yeni səfirliklərin açıldığını elan edib.
 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin tribunasından çıxış edib. Eyni zamanda, Kreml rəhbəri Ukrayna Silahlı Qüvvələrinin Zaporojyedə keçirilən əks-hücum əməliyyatını xatırladıb. Onun fikrincə, Ukrayna Müdafiə Qüvvələri fəallaşıb. Lakin Zaxarova, əmindir ki, əhəmiyyətli itkilər verilib. Xüsusilə, Zaxarovanın sözlərinə görə, cənubda təxminən yüz Ukrayna zirehli texnikası və 200 əsgərinin itdiyi iddia edilir.
 

Bu arada Almaniya 38 Afrika ölkəsinin nümayəndələrinin Rusiyaya gəlişinə reaksiya verib. Alman rəsmilərinin fikrincə, Kreml əslində imperiya statusundan imtina etməyi düşünməsə də, anti-müstəmləkəçilik nümayiş etdirdiyi “PR-şou” olub.


Xatırladırıq ki, Uqanda hökuməti Afrika liderlərinin ikinci dəfə Ukraynaya səfər etmək niyyətini açıqlayıb. Mümkün söhbət mövzularından biri qondarma “Afrika Sülh Planı”nın müzakirəsinin davamıdır.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...