İŞİD-çılar saqqallarını qırxırlar

İŞİD-çılar saqqallarını qırxırlar

İŞİD yaraqlıları İraqın Mosul şəhərində dinc əhalidən seçilməmək üçün saqqallarını qırxır.

Sfera.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.

"Mən İŞİD yaraqlılarını görmüşəm, onların xarici görünüşləri tamamilə dəyişib. Onlar saqqallarını qırxıblar və paltarlarını dəyişiblər”, - Əbu Saif adlı şəhər sakini bildirib.

Onun sözlərinə görə, yaraqlılar snayperlərin hədəfinə çevrilməmək və şəhəri asan tərk etmək üçün xarici görünüşlərini tamamilə dəyişiblər.


OXŞAR XƏBƏRLƏR