Putin Afrikanın təklif etdiyi sülh planından DANIŞDI: “Diqqətimizdədir”

“Moskva Afrikanın Ukrayna ilə bağlı sülh təkliflərinə hörmət edir”.
Sfera.az bildirir ki, bunu Vladimir Putin deyib. O, Afrika liderləri ilə görüşündə sözügedən sülh planının diqqətlə öyrənildiyini vurğulayıb.
“Rusiya pulsuz taxıl daşımaları da daxil olmaqla, Afrikaya ərzaq tədarükünü artırıb. Eyni zamanda, biz qitə ilə hərbi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq”, deyə Rusiya prezidenti sammitdə qeyd edib.
Xatırladaq ki, Zambiya, Komor adaları, Seneqal, Cənubi Afrika prezidentləri, Misirin baş naziri, habelə Konqo Respublikası və Uqanda nümayəndələrinin daxil olduğu yeddi Afrika ölkəsindən ibarət nümayəndə heyəti iyunun 16-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski, iyunun 17-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə görüşüblər. Onların sülh təklifləri isə belə idi:
- Ukrayna və Rusiyanı diqqətlə dinləmək
- Sülhü diplomatik yollarla əldə etmək
- Münaqişənin gərginliyini azaltmaq
- Dövlətlərin suverenliyinə hörmət etmək
- Bütün ölkələr üçün təhlükəsizlik təmin etmək
- Taxılın və gübrələrin hərəkətini təmin etmək
- Müharibə qurbanlarına humanitar yardım göstərmək
- Müharibə əsirlərini dəyişdirmək
- Müharibədən sonra Ukraynanı yenidən qurmaq
- Ukrayna ilə Afrika ölkələri arasında daha yaxşı münasibətlər yaratmaq.
Günay Rəsulqızı