Qondarma “DQR”-in sondarma parlament sədri istefa verdi

Siyasət
13:53 / 28.07.2023
8564
Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazidə özünü “dövlət” elan edən qondarma və oyuncaq “DQR”in “parlamentinin sədri” Artur Tovmasyan istefa verib.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, Tovmasyanın dediyinə görə, bu, onun şəxsi qərarı və siyasi məsuliyyətinin təzahürüdür.
O, əlavə edib ki, o, 1991-ci ildə Dağlıq Qarabağ xalqının keçirdiyi referendum ideyasına sadiq qalacaq.
Əzizə