Köməkçisinin Qarabağla bağlı Lavrovun qulağına pıçıldadığı sözlər GÜNDƏM OLDU

Köməkçisinin Qarabağla bağlı Lavrovun qulağına pıçıldadığı sözlər GÜNDƏM OLDU

İyulun 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada keçirilmiş üçtərəfli görüşlə bağlı müzakirələr davam edir. Xüsusilə Rusiya xarici işlər naziri Sergey Lavrova köməkçinin dediyi sözlər gündəm olub. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da sözügedən məsələyə toxunub.

 

Xatırladaq ki, canlı yayım zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun köməkçisi onun qulağına deyib ki, “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini işlətmək olmaz. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, bu, sadə, lakin effektiv manipulyasiya taktikasıdır və məqsədli şəkildə hazırlanmış ssenaridir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Lavrov təcrübəsiz siyasətçi deyil və bu mənada ABŞ İnstitunun iddiasının həqiqət olduğunu düşünmək olar:

 

“Lavrov “Dağlıq Qarabağ” ifadəsini işlətmək istəyəndə köməkçisi ona mane olur. Niyə? Görünür, bu yolla Moskva hər iki tərəfin xoşuna gəlmək istəyib. Nazirin yekunda “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi isə onu deməyə əsas verir ki, Moskva artıq Bakının maraqları ilə hesablaşır.  Qərb təşkilatlarının Rusiyanın vasitəçilik səylərini uğursuz hesab etməsi normaldır. Çünki tərəflər arasında vasitəçilik uğrunda mübarizə gedir. Bu mənada ABŞ İnstitunun iddiası əslində təəccüblü deyil”.

 

Müsahibimiz vurğulayıb ki, hazırda Moskvanı düşündürən ancaq öz maraqlarıdır:

 

“Əks halda, şimal qonşumuz indiyədək sülhə ciddi töhfə vermiş olardı. Rusiya bütün imkanları ilə sülhməramlıların fəaliyyət müddətinin uzadılmasına çalışır.  Zaman-zaman Qarabağda yaranan gərginlik də məhz sülhməramlılarının regiondakı lazımlılığını göstərməyə xidmət edir. Əminliklə demək olar ki, Rusiya sülhməramlıların mandatının uzadılması üçün səylərini davam etdirəcək. Rəsmi Bakı isə bunun qarşısını almalıdır. Elə etməliyik ki, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxsınlar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR