Zibil idxalından 7,6 milyon dollar qazandılar - Ailəni həbs cəzası gözləyir

ABŞ-da qutuların və plastik butulkaların təkrar emalından milyonlarla dollar qazanan Kaliforniya ailəsi indi illərlə həbsdə yatmağa səbəb ola biləcək çoxsaylı cinayət ittihamları ilə üz-üzədir.
Sfera.az bildirir ki, ailə təkrar emal üçün zibil idxal edərək 7,6 milyon dollar qazanıb. Dələduzluqda təqsirləndirilən şəxslər cinayət əməllərinin 8 ayı ərzində 178 tona yaxın plastik və alüminium idxal ediblər. Müstəntiqlər həmçinin daha 1 milyon dollar dəyərində “qanunsuz gətirilən içki qabları” anbarını da aşkar ediblər.
Prokurorlar Riverside County-dən olan səkkiz ailə üzvünü Arizonadan işlənmiş şüşə və konservləri idxal edərək Kaliforniyada təkrar emal etməklə ştatı aldatmaqda ittiham ediblər.
Kaliforniyanın baş prokuroru Rob Bontanın açıqlamasına görə, bu cinayət əməliyyatı ailəyə 7,6 milyon dollar qazandırıb. Müstəntiqlər həmçinin daha 1 milyon dollar dəyərində “qanunsuz gətirilən içki qabları” anbarını da aşkar ediblər.
Kaliforniyada plastik və ya alüminium butulka alarkən, istehlakçı adətən California Redemption Value (CRV) ilə əlavə 5-10 sent ödəyir və onu ştatın 1200-dən çox təkrar emal mərkəzlərindən birinə qaytarmaqla geri ala bilərlər. Arizonada belə bir proqram yoxdur.
"Kaliforniyanın təkrar emal proqramı istehlakçı tərəfindən maliyyələşdirilir və ətraf mühitimizi və icmalarımızı qorumağa kömək edir. Cinayət əməliyyatları vasitəsilə onun bütövlüyünü pozmağa cəhd edənlər cavabdehlik daşıyır"-deyə Bonta bildirib.
Cinayət işində prokurorlar ailə üzvlərini böyük oğurluq etmək üçün qanunsuzluqda ittiham edir.
Kaliforniyada külli miqdarda oğurluq üç ilə qədər həbslə cəzalandırılır. Konteynerləri dövlətdən almaq, ailənin ittiham olunduğu dərəcədə, cəzanı əlavə üç il artıra bilər.
Qeyri-kommersiya təşkilatı “Consumer Watchdog”-un hesabatına görə, Kaliforniyada 2010-2019-cu illər arasında ən azı 93 nəfər təkrar emal fırıldaqçılığına görə məhkum edilib.
Aynil
Sfera.az