Rusiyada helikopter qəzaya uğradı, dörd nəfər öldü

Rusiyada helikopter qəzaya uğradı, dörd nəfər öldü

Rusiya Federasiyasının Altay Respublikasında Mi-8 helikopteri qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

"Bu gün, iyulun 27-də Altay Respublikasında baş vermiş helikopterin sərt enişi nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan 4-ü dünyasını dəyişib. Zərərçəkənlərdən 5-nə ambulator müalicə göstərilib. 3 nəfər xəstəxanaya yerləşdirilib. Rayonun tibb müəssisəsində vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə orta ağırdır.Həkimlər onlara tibbi yardım göstərirlər”, - deyə məlumatda bildirilir.

 


OXŞAR XƏBƏRLƏR