İŞİD 232 sakini öldürdü
12:06 / 27.10.2016
1087
İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bəyan edib.
"Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Mosul yaxınlığında yerləşən iki kənddə İŞİD-çilər 232 dinc sakini edam ediblər”, deyə deputat bildirib.
Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.