Rusiya Putinin həbsinə order verən hakimini axtarışa verdi - FOTO

Rusiya Putinin həbsinə order verən hakimini axtarışa verdi - FOTO

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi prezident Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimi Tomoko Akaneni axtarışa verib.
 

Sfera.az bildirir ki, bu barədə TASS axtarışda olanların departament məlumat bazasına istinadən xəbər verib.
 

Rusiya Federasiyası hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin hərəkətləri qanunsuzdur və Putin və Lvova-Belovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir əsas yoxdur.
 

"Axtarış üçün əsas: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır"- Tomoko Akanenin kartında deyilir.
 

Xatırladaq ki, 2023-cü il martın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Putin və Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verib.
 

“Vladimir Vladimiroviç Putin, 7 oktyabr 1952-ci ildə anadan olmuş, Rusiya Federasiyasının prezidenti, əhalinin (uşaqların) qanunsuz deportasiyası və əhalinin (uşaqların) Ukraynanın işğal olunmuş rayonlarından qeyri-qanuni köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır”- məhkəmənin bəyanatında deyilir.
 

Martın 20-də Rusiya İstintaq Komitəsi BCM-nin prokuroru Kərim Əhməd Xana və hakimlər Rosario Salvatore Aytalaya qarşı cinayət işi açıb, onlar axtarışa verilib. Rusiya Federasiyası hesab edir ki, Beynəlxalq Məhkəmənin hərəkətləri qanunsuzdur və Putin və Lvova-Belovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir əsas yoxdur.
 

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi müstəqil, daimi məhkəmə orqanıdır. 1998-ci il iyulun 17-də İtaliyanın paytaxtında keçirilən konfransda imzalanmış Roma Əsasnaməsinə uyğun olaraq yaradılmışdır. Onun səlahiyyətləri Roma Nizamnaməsinin qüvvəyə mindiyi tarixdən, 2002-ci il iyulun 1-dən sonra törədilmiş bütün ən ağır beynəlxalq cinayətlərə şamil edilir. Məhkəmənin yurisdiksiyası soyqırım cinayətləri, insanlığa qarşı cinayətlər, hərbi cinayətlər və təcavüz cinayətləri ilə məhdudlaşır.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR