Dost dediyim adamın evinə artıq getmirəm - Röya

Dost dediyim adamın evinə artıq getmirəm - Röya

5 il əvvəl Əməkdar artist Aygün Bəylərin "Səhər-səhər" verilişində söylədiyi "Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur... Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən" səsləndirdiyi qalmaqallı fikirlərə Xalq artisti Röya Ayxandan cavab gəlib. 

 

Sfera.az Bizim.media-ya istinadla xəbər verir ki,  müğənni "Elgizlə izlə" verilişində məhkəməyə qədər uzanan məsələ ilə bağlı danışıb. 

 

Röya bildirib ki, təhqirə görə Bəyləri məhkəməyə versə də, sonradan bu istəyindən vaz keçib: 

 

"Verilişlərin birində məni təhqir etmişdi. Onu məhkəməyə verdim, amma sonra yadımdan çıxdı. Bir gün mənə xəbər gəldi ki, siz qarşı tərəfi Apellyasiya Məhkəməsinə verməlisiniz. Sual verdim ki, hansı məhkəmədən söhbət gedir? Kim? Cavab verdilər ki, filankəsi.

 

Dedim ki, cırın, tullayın o ərizəni. Prodüserim Kənanın belə bu məhkəmə məsələsi yadından çıxmışdı. Vəkil zəng vurub, sizin işiniz gedir, deməli idi. Amma demədi. Çünki 15 il birlikdə çalışdığım vəkilim belə bu məsələyə fikir verməyib.

 

Bəlkə də vəkilim düşünüb ki, qarşı tərəf onu məhkəməyə verdiyimizi bilsin və bizdən əl çəksin. Orada məni şəxsi və sənətlə çox pis təhqir etmişdi. O da olmaz idi".

 

Müğənni həmkarı ilə aralarında yaşadığı qalmaqallı məsələni bu cür nəql edib: 

 

"Məhkəməyə nəyə görə verdim? Çünki bir ay əvvəl ortaq dostumuz var. Onu həmin dostumuzun evinə dəvət etdim. Amma demə ki, burdayam, qoy gəlsin bura.

 

O, verilişdən əvvəl bir digər başqa verilişdə də haqqımda danışmışdı. Görüşdük. Sual verdim ki, nə problemimiz var? Cavab verdi ki, toyların birində məni görmüsən, amma salam verməmisən. Dedim ki, bu problem deyil. Əgər səni toyda görməmişəmsə, 30 dəfə üzr istəyirəm.

 

Amma bu məsələnin üstündən bir həftə keçdi, o xanım verilişə çıxıb haqqımda xoşagəlməz sözlər danışdı. Həmin o dost dediyim adamın evinə artıq getmirəm. Bu problem elə-belə küsmək deyil, qara nöqtədir. Bu qara nöqtə isə paxıllıqdır.

 

Allah hər kəsi o qara nöqtədən hifz etsin. Allah hər kəsə can sağlığı, uğur versin. Allah başlarını pul, iş və uğurla o qədər qatsın ki, bizi unutsunlar". 

 

Qeyd edək ki, Röya Ayxan illər əvvəl Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. Ərizədə A.Bəylərin "ARB" telekanalında Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsini tələb etmişdi.


OXŞAR XƏBƏRLƏR