Fərdadan Niyama: "Xidməthaqqı 10 manat olar, 75 yox" 

Fərdadan Niyama:

Aktyor Fərda Xudaverdiyev müğənni Niyam Salaminin restoranda müştərilərdən yüksək məbləğdə xidməthaqqı almasını tənqid edib. 

 

Sfera.az xəbər verir ki, o, bu haqda "MeyXəbər"də bəhs edib.

 

Fərda Niyamın menyuya xidməthaqqı yazıb, açıqlamasında bunu şou-proqramın haqqı kimi təqdim etməsini tənqid edib:

 

"Niyam qorxur ki, ora yazılsa pul onun oxumağına görə alınır, tamaşaçı deyəcək oxuma. Pulu vermirəm, başım sakitçilik istəyir. Yeyib-içdiyinin qiyməti orada var, yedin 225 manat. Orada əlavə 75 manat alınır. Hesablayırsan ki, xidməthaqqı 10 manat verərsən. Amma 75 manat yox. Sənin əlavə aldığın pul xidməthaqqı yox, şou üçündürsə, bunu müştəriyə bildir. Bunun adı şoudur, adam aldatmaq yox. Reallıq dəyişmir. Niyam qardaşımızdır, konsertləri olan yer dolu olur. İnsanları qıcıqlandıran xidməthaqqıdır. Bura şou yaz, adam bilsin. Yaz ki, şou-proqram olan gün qiymət budur, başqa günlərdə bu".

 

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək xidməthaqqı tənqid olunub. Müştərilər restoranda 500, 107 və daha çox xidməthaqqı almaqdan gileylənib. 


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...