Venesuelada ara qarışdı

Venesuelada ara qarışdı

Venesuelanın Miranda ştatında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 1 polis əməkdaşı ölüb, daha 2-si yaralanıb.
 
Sfera.az APA_a istinadən xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib.
 
Nazir həmçinin deyib ki, Suliya ştatında baş verən iğtişaşlar zamanı bir qrup etirazçıya atəş açan 3 polis əməkdaşı barəsində araşdırma aparılır.
 
Oktyabrın 26-da Venesuelanın bir sıra regionlarında həm  iqtidar, həm də müxalifət tərəfdarlarının nümayişləri keçirilib. "Foro Penal” qeyri-hökumət təşkilatının nümayəndəsi Alfredo Romeronun sözlərinə görə, müxalifətin aksiyalarında 20 etirazçı yaralanıb, azı 140 nəfər polis tərəfindən saxlanılıb. 


OXŞAR XƏBƏRLƏR