Ukraynada hərbi vəziyyətin müddəti UZADILDI

Ukraynada hərbi vəziyyətin müddəti UZADILDI

Ali Rada Ukraynada hərbi vəziyyəti və ümumi səfərbərliyi 90 gün uzadıb.

 

Sfera.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak teleqram kanalında bildirib.
 

“Bu, artıq səkkizinci uzadılmadır”, - deyə o yazıb.

 

Ölkədə hərbi vəziyyətin bu müddətə uzadılması Ukraynada oktyabr ayında keçiriləcək parlament seçkilərinin ləğvi deməkdir. Belə bir müddəanın qüvvədə olduğu müddətdə səsvermə keçirilə bilməz.


OXŞAR XƏBƏRLƏR