İcra başçısı qardaşının ölümündən DANIŞDI: "Əlində ov tüfəngi olub..." 

İcra başçısı qardaşının ölümündən DANIŞDI:

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Qaraşov odlu silahdan atəş açaraq intihar edib.


Sfera.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Manset.az-a açıqlamasında qardaşının intihar etmədiyini bildiyib:


“Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır”.


Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq isə Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb. Baş Prokurorluq intihar hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə işin başlandığını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda məktəblərdən uşaqlar qaçırılır? – DİN-dən reaksiya

“Vatsap qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan ...

Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il öt...

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib....

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...