Moskvada 2 əsrin ən güclü LEYSANI

Moskvada 2 əsrin ən güclü LEYSANI

İyulun 26-da Moskvada 19-cu əsrin sonundan bəri ən güclü leysan qeydə alınıb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə paytaxtın kommunal xidmətlər kompleksinin Telegram kanalında məlumat verilib.

 

“Meteoroloqların fikrincə, 19-cu əsrin sonlarından bəri ən güclü leysan bu gün paytaxtda yağıb. Bir neçə saat ərzində 46 millimetrə qədər yağıntı düşüb”, - məlumatda deyilir.

 

Əvvəlki rekord 1894-cü il iyulun 26-da qeydə alınıb. Həmin gün 42,5 millimetr yağış yağıb.

 

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə güclü yağışlar davam edəcək.  
 


OXŞAR XƏBƏRLƏR