"Bu, təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır" - XİN-in sözçüsü

Siyasət
23:00 / 26.07.2023
10306
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyana cavab verib.
Sfera.az xəbər verir ki, A. Hacızadə bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib.
“Bu, təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”, - deyə XİN sözçüsü qeyd edib.