"Quranın yandırılmasını kəskin şəkildə pisləyirik” - Rusiya XİN

Dünya
17:02 / 26.07.2023
4597
“Moskva Danimarkada Quranın yandırılması ilə bağlı aksiyanı kəskin şəkildə pisləyir”.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Biz bu və buna bənzər ekstremist hərəkətləri kəskin şəkildə pisləyirik. Hər hansı bir dinə hörmətsizlik etmək yersizdir”, - o deyib.
Xatırladaq ki, iyulun 24-də Danimarkanın paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiya zamanı iki etirazçı Quranı yandırıb.