Zaxarova: “Azərbaycanla Ermənistan arasında normallaşma asan deyil, lakin...”

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması asan proses deyil, lakin sülhün alternativi yoxdur”.
Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Dünən nizamlanma ilə bağlı məsələlər Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən üçtərəfli görüşündə müzakirə olunub. Ümid edirik ki, növbəti təmaslar yaxın aylarda baş tutacaq”.
Diplomatın sözlərinə görə, iki xalqın barışması prosesi üçün lazım olan hər şey edilir.
Zaxarova həmçinin, ictimaiyyət nümayəndələri arasında dialoqun davam etdirilməsi üçün müsbət atmosferin yaradılmasını vacib hesab edib. O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında möhkəm əlaqələr Cənubi Qafqazda sabitliyin mühüm elementlərindən biridir.
Xatırladaq ki, iyulun 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycanın xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar aparılıb. Görüşdən sonra Lavrov bu il Rusiya, Ermənistan və Azərbaycan liderlərinin sammitini keçirməyi planlaşdırdığını açıqlayıb.
Günay Rəsulqızı