Qardaşı Qubad İbadoğlunun həbsindən danışdı - İncikliyini gizlədə bilmədi

Qardaşı Qubad İbadoğlunun həbsindən danışdı - İncikliyini gizlədə bilmədi

Milli Məclisin deputatı Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsinə münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, Vüqar Bayramov son bir həftə ərzində xaricdə səfərdə olduğu üçün qardaşının həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanının olmadığını deyib:

 

“Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.

 

İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəm.

 

Allah bütün məhbusların qapısını açsın”.


OXŞAR XƏBƏRLƏR

Gümüşün qiyməti davamlı artacaq - Proqnoz

ABŞ-nın böyük investisiya banklarından olan "Citigroup" hesab edir ki, yaxın aylarda gümüşün bir troya unsiyasının qiyməti 40 dolları ötəcək.  ...

Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbə...

Fransa ABŞ silahlarını almayacaq

Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.    Sfera...

Bakıda "Porsche"nin xanım sürücüsü maşını yolun ortasında saxlayıb mübahisə etdi, tıxac yarandı - VİDEO

Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.   Sfera.az xə...

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...