ABŞ UNESKO-ya üzvlüyünü bərpa etdi

ABŞ UNESKO-ya üzvlüyünü bərpa etdi

UNESCO-nun Fransadakı baş qərargahında yenidən Amerika bayrağı dalğalanıb. Qeyd edək ki, ABŞ 2018-ci ildə Trampın prezidentliyi dövründə UNESKO-dan çıxıb. Buna səbəb təşkilatın İsrailin siyasətini tənqid etməsi olub.


Sfera.az bildirir ki, qurumun saytında verilən məlumata görə, bu gün ölkənin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) rəsmi qayıtması münasibətilə ABŞ bayrağının qaldırılması mərasimi keçirilib.
 

"ABŞ-ın UNESKO-ya qayıtması başa çatıb: onlar rəsmi olaraq yenidən təşkilatımızın üzvü olublar"- Təşkilatın baş direktoru Odri Azule bildirib.
 

Qeyd olunur ki, UNESKO-nun Fransadakı mənzil-qərargahında Amerika bayrağının qaldırılması mərasimi ABŞ-ın təşkilatla təhsil, mədəniyyət və elm sahələrində qlobal əməkdaşlığa sadiqliyini simvollaşdırır.


Mərasimdə birinci xanım Cil Bayden iştirak edib.
 

Qeyd etdiyimiz kimi, ABŞ 2018-ci il dekabrın 31-də Donald Trampın prezidentliyi dövründə UNESKO-dan çıxıb. Vaşinqton bu qərarı Təşkilatın, tam yenidən qurulmasının zəruriliyi, həmçinin İsrailin regiondakı siyasətinə mənfi münasibəti ilə əsaslandırıb. Bundan sonra İsrail də BMT Baş Assambleyasının 2017-ci ilin dekabrında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını pisləyən qətnamə qəbul etməsindən sonra UNESKO-dan çıxdığını elan edib.
 

2023-cü il iyunun sonunda UNESKO-ya üzv dövlətlər ABŞ-ın təşkilata qayıtmasını təsdiqləyən qətnamə qəbul ediblər.
 

2023-cü ilə qədər UNESKO-nun 194 üzvü və 12 assosiativ üzvü var.
 

Xatırladaq ki, iyulun 23-nə keçən gecə rus işğalçılarının Odessanın tarixi mərkəzinə atdığı 19 raket nəticəsində UNESKO-nun Ümumdünya İrs Fonduna daxil olan bir sıra muzeylər dağıdılıb: arxeoloji və ədəbi muzeylər, eləcə də donanma muzeyi.


Misirin paytaxtı Qahirədə isə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Ölülər şəhəri”nin bəzi məzarlıqları məhv olmaq təhlükəsi ilə üzləşib. Mokattam təpələrinin ətəyindəki məzarlıq yeni yolların salınması səbəbilə sökülür.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...