Ərdoğandan Mahmud Abbasla görüşdən sonra açıqlama

Dünya
22:01 / 25.07.2023
4386
“Türkiyə Fələstin xalqının haqqlarını müdafiə etməyə davam edəcək”.
Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlətinin başçısı Mahmud Abbasla Ankarada mətbuat konfransı zamanı bildirib.
O vurğulayıb ki, müstəqil Fələstin dövlətinin qurulması bölgədəki sülhün bərqərar olması üçün şərtdir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.