Tokayev Nazarbayevi bundan da MƏHRUM ETDİ

Tokayev Nazarbayevi bundan da MƏHRUM ETDİ

Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti bundan sonra respublikanın keçmiş Prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyini təmin etməyəcək. 

 

Sfera.az xarici mediaya istinadla məlumatına görə, belə bir sərəncamı Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev imzalayıb, bu barədə dövlət başçısının saytında dərc olunub.

 

Avqustun 4-dən qüvvəyə minəcək.


“İnterfaks“ın məlumatına görə, qərara səbəb 2023-cü ilin fevralında Nazarbayev və onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyən “Qazaxıstan Respublikasının ilk prezidenti – Elbası haqqında” konstitusiya qanununun ləğv edilməsi olub.

 

Qeyd olunur ki, Nazarbayevin toxunulmazlığı qorunub saxlanılıb, ona Konstitusiya ilə təminat verilib. “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanuna əsasən, o, lazımi xidmətləri olan mənzil və dövlət bağı, mühafizəçiləri, sürücüləri ilə şəxsi avtomobili, ölkə daxilində pulsuz səyahəti, tibbi xidmət və sanatoriya müalicəsi ilə təmin olunur.

 

Nazarbayev təxminən 30 il, 2019-cu ilin martına qədər Qazaxıstanın prezidenti olub.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...