“TuranBank” ASC 2023-cü ilin altı aylıq nəticələrini elan edib - Aktivlər 18% artıb

“TuranBank” ASC 2023-cü ilin altı aylıq nəticələrini elan edib - Aktivlər 18% artıb

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən “TuranBank” ASC 2023-cü ilin altı aylıq maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub-saxlayıb.

 

1 iyul 2023-cü il tarixinə “TuranBank”ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 18% və ya 141,3 milyon manat artaraq 930 mln. manat, müştərilərə verilmiş kreditləri 17,5% və ya 85,7 mln. manat artaraq 575,5 mln. manat olub. Hesabat dövründə bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, bankın biznes müştərilərinə verilmiş kreditləri 16,6% və ya 47,2 mln. manat artaraq 330,9 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% və ya 33,2 mln. manat artaraq 484,1 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 27,7% və ya 84 mln. manat artaraq 387,5 mln. manat olub ki, bu da müştərilərin banka inamının yüksək olmasının göstəricisidir.

 

Hesabat dövrü ərzində institusional inkişaf və biznes subyektlərin maliyyələşdirilməsi məqsədi ilə bank beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Bu istiqamətdə bank ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında kənd təsərrüfatı kredit məhsullarının hazırlanmasına dəstək göstərilməsi üçün yeni saziş imzalanıb və layihənin birinci fazası uğurla yekunlaşıb. Məlumat üçün bildirək ki, “TuranBank” Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, “Incofin” İnvestisiya və IIV Mikrofinans Fondları, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), “Sparkassenstiftung” və s. kimi nüfuzlu maliyyə institutları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

 

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən bank ənənəyə sadiq qalaraq hesabat dövründə də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “V Neftçili Yay Futbol Düşərgəsi”nə maliyyə dəstəyi göstərib. Doqquz gün davam edən düşərgədə 6-12 yaş aralığındakı 100 şəhid övladı üçün müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunub, həmçinin iştirakçılara xatirə hədiyyələri təqdim edilib.

 

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. “TuranBank”ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb-səhifəsini və ya sosial şəbəkələrdəki (“Facebook, “Instagram” və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

“TuranBank”

Bizimlə etibarlıdır…


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...