Tüklərimizin "Biz-Biz" olmasının səbəbi nədir? - VİDEO

Tüklərimizin

Ontario Guelph Universitetinin fiziologiya və zoologiya üzrə professoru George A.Bubenik bizə soyuq olduğunda və ya həyəcan kimi digər hallarda tüklərimizin biz-biz olmasının elmi səbəblərini açıqlayır. Məsələn, hovuzdan çıxırsınız və həmin anda külək əsir və sizin tükləriniz soyuqdan biz-biz olur. Yaxud da çoxdandır qulaq asmadığınız bir mahnını eşidirsiniz, təsirli bir videoya baxırsınız və eyni hal yenidən baş verir. Bəs bədənimiz niyə belə bir reaksiya göstərir? Bunun səbəbi də məhz hisslərimizin fiziologiyasından qaynaqlanır. 

Dərimizdəki tüklərin biz-biz olması təkamül nəticəsində əcdadlarımızdan bizə qalan bir mirasdır. Qədim dövrlərdə əcdadlarımız üçün bu çox yararlı olsa da, müasir insan üçün yararlılıq funksiyasını itirib. Dərimizdəki tüklərin bu formada olmasının səbəbi isə tük köklərindəki miniatür əzələlərin yığılmasından irəli gəlir. Hər əzələnin yığılması dəri üzərində bir təzyiqə səbəb olur və nəticədə tüklər də yuxarı qalxır. Qalın gönlü heyvanlarda bu funksiya onların soyuqdan qorunmasına kömək edir. Tüklər nə qədər çoxdursa, bir o qədər də isinmə prosesi asanlaşır. İnsanlarda isə bu funksiya artıq öz dəyərini itirib, çünki təkamül nəticəsində biz artıq heyvanlardakı kimi tüklərlə örtülü deyilik. Buna baxmayaraq bədənimizdə bu proses öz gücünü saxlamağa davam edir. 

Soyuğun təsirindən başqa, heyvanlar hər hansı bir təhlükə ilə qarşılaşdıqda da tükləri biz-biz olur. Məsələn, bir pişiyin üzərinə it hücum etdikdə, bu prosesi açıq-aydın müşahidə edə bilirik. Belə ki, pişik itin hücumuna cavab olaraq, özünü mümkün olduğu qədər böyük göstərməyə çalışır.

İnsanlarda da həyəcanlı anlarda, hər hansı bir qorxulu film izlədikdə və ya qeyd etdiyimiz kimi musiqi dinlədikdə bu hal təkrarlana bilər. Şüuraltı həyata keçən bu reaksiyalara səbəb olan isə böyrəküstü vəzlərimizdən ifraz olunan adrenalin hormonudur. Adrenalin ifraz edildikdə təkcə tüklərimiz biz-biz olmaqla qalmır, əllər tərləyir, göz bəbəkləri böyüyür, təzyiq artır və ürək daha sürətlə döyünməyə başlayır. Qəzəb və ya həyəcan anlarında ifraz olunan adrenalin əslində həm də bizi qoruyan hormondur.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...