Adanada baş vermiş zəlzələdə 8 nəfər xəsarət alıb - RƏSMİ

Adanada baş vermiş zəlzələdə 8 nəfər xəsarət alıb - RƏSMİ

Adana vilayətində baş verən zəlzələ nəticəsində ən azı 8 nəfər xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, bunuTürkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

"Kozanda baş verən zəlzələdən sonra Adanada 2, Osmaniyedə isə 6 nəfər hündürlükdən yıxılaraq üzərinə əşyaların düşməsi nəticəsində xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib", - nazir Tvitter hesabında yazıb.

 

AFAD-ın risklərin azaldılması şöbəsinin müdiri Orxan Tatar bildirib ki, Adanada baş verən yeraltı təkanlar fevralın 6-da baş verən zəlzələlərdən sonra baş verən təkanlar sayıla bilər.  Qeyd edək ki, Adana vilayətinin Kozan şəhərindən 20 kilometr şimalda 5,5 bal gücündə zəlzələ baş verib. Ocaq 10 kilometr dərinlikdə yerləşib.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 9 saatlıq fasilə ilə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni "əsrin fəlakəti" adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...